×
A
A
A
Sazlamalar

Dəniz limanlarında 3 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 22 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında dəniz limanlarında 3 milyon 95,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 2 milyon 957,4 min tonunu və ya 95,5 faizini tranzit yüklər təşkil edib. Mayın 1-nə limanlarda qalan yüklərin həcmi 79,5 min ton olub.
Dörd ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə ötən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz artaraq 5,8 min nəfər təşkil edib.

 

Nəqliyyat 2020-05-22 16:59:00