×
A
A
A
Sazlamalar

Azərbaycana gətirilən məhsulların 17,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 22 may, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan məhsulların 17,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 68,1 faizini avtomobil, 9,2 faizini hava, 5,2 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.

Nəqliyyat 2020-05-22 16:03:00