×
A
A
A
Sazlamalar

Ötən ay dəniz limanlarında 733 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 22 may, AZƏRTAC

Apreldə dəniz limanlarında 733 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 704 min tonunu tranzit yükləri təşkil edib.
Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə 900 nəfər olub.

Nəqliyyat 2020-05-22 14:15:00