×
A
A
A
Sazlamalar

Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişin qatarlarının sayı artırılıb

Bakı, 20 may, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar qatarlarda sərnişinlərin sayının artması müşahidə olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq mayın 20-dən xəttə əlavə qatar buraxılıb. Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib. Qatarların yeni hərəkət qrafiki ilə bağlı cədvəllə “https://ady.az/az/news/read/1787/43”  linkindən tanış ola bilərsiniz.

Nəqliyyat 2020-05-20 17:14:00