×
A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində təmir işlərinə başlanılır

Bakı, 19 may, AZƏRTAC

Mayın 20-dən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə başlanılır. Təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəqliyyat 2020-05-19 10:24:00