×
A
A
A
Sazlamalar

Paytaxtda 11 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakı, 15 may, AZƏRTAC 

Ziya Bünyadov prospektinə “20 Yanvar dairəsi” istiqamətindən girişin məhdudlaşdırılması ilə əlaqədar 11 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, mayın 16-17-də aparılacaq təmir işləri ilə əlaqədar Ziya Bünyadov prospektinə “20 Yanvar dairəsi” istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 7A, 7B, 67, 83, 92, 119, 165, 199 və 211 nömrəli müntəzəm, o cümlədən M1 və M5 nömrəli ekspress marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

7 A və 7B nömrəli marşrutlar
İstiqamət- Z.Bünyadov pr.: Moskva pr. - “20 Yanvar dairəsi” - Tbilisi pr. (geriyə dönmə manevri) - Ə.Salamzadə küçəsi daha sonra öz xətti üzrə.
67, 83, 92, 119 və 199 nömrəli marşrutlar
İstiqamət - “3-cü mikrorayon dairəsi”: Moskva pr. (geriyə dönmə manevri) - “20 Yanvar” küç. - A.Məhərrəmov küç. - “3-cü mikrorayon dairəsi” daha sonra öz xətti üzrə.

79 nömrəli marşrut
İstiqamət - M.Əcəmi m.st: Tbilisi pr. - S.C.Pişəvəri küç. - “3-cü mikrorayon dairəsi” daha sonra öz xətti üzrə.

165 və 211 nömrəli marşrutlar
İstiqamət - Z.Bünyadov pr.: H.Zərdabi küç. - “Qələbə dairəsi” - Ə.Salamzadə küçəsi dairəsi daha sonra öz xətti üzrə.

M1 və M2 nömrəli ekspress marşrutlar
Müvəqqəti olaraq “3-cü mikrorayon dairəsi”nə qədər fəaliyyət göstərəcək.

92 nömrəli marşrut
İstiqamət - M.Əcəmi m.st : Moskva pr. (geriyə dönmə manevri) - “20 Yanvar” küç. - A.Məhərrəmov küç. - “3-cü mikrorayon dairəsi” daha sonra öz xətti üzrə.

193 nömrəli marşrut
İstiqamət - Binə t/m: Moskva pr. - 2-ci Alatava küç. - M.Həsənov küçəsi daha sonra öz xətti üzrə.

165 nömrəli marşrut
İstiqamət - A.M.Şərifzadə küç.: “3-cü mikrorayon dairəsi” - Ə.Salamzadə küç. - “Qələbə dairəsi” - İ.Talıblı küç. - A.M.Şərifzadə küçəsi daha sonra öz xətti üzrə.

211 nömrəli marşrut
İstiqamət - Yasamal yaş.mas.: “3-cü mikrorayon dairəsi” - C.Səlimov küç. - Ə.Salamzadə küç. - H.Zərdabi küç. - İ.Talıblı küç. - A.M.Şərifzadə küç. - M.Xiyabani küçəsi daha sonra öz xətti üzrə.

M4 nömrəli ekspress marşrut
İstiqamət - “20 Yanvar” m.st: Tbilisi pr. - Ə.Salamzadə küç. - Qələbə dairəsi - Zərdabi küçəsi.

M7 nömrəli ekspress marşrut
İstiqamət - İnşaatçılar m/st: Ə.Salamzadə küç. - “Qələbə dairəsi” daha sonra öz xətti üzrə.

Nəqliyyat 2020-05-15 20:25:00