×
A
A
A
Sazlamalar

Dörd ayda hava nəqliyyatı ilə ixrac edilən yükün həcmi 3270 ton azalıb

Bakı, 14 may, AZƏRTAC

Yanvar-aprel aylarında hava nəqliyyatı ilə 21 min 848 ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixracda keçən ilin müvafiq dövrünə nisbətən 3270 ton azalma olub. Belə ki, 2019-cu ilin 4 ayında hava nəqliyyatı ilə 25 min 118 ton yük göndərilib.
Cari ilin ilk 4 ayında bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə 3378 ton təşkil edib.

Nəqliyyat 2020-05-14 11:22:00