×
A
A
A
Sazlamalar

Azərbaycan Universitetində onlayn dərslər davam edir

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Universitetində dərslər onlayn formada davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dərslərin məsafədən təşkilində “Microsoft Teams” platformasından istifadə olunur.
Onlayn dərslərdə tələbələr öz qruplarında və qrup yoldaşları ilə birlikdə iştirak edirlər. Dərslər cədvələ uyğun olaraq iki növbə üzrə və semestrin əvvəlində nəzərdə tutulmuş müəllimlər tərəfindən aparılır.
Evdə qalaq, amma dərsdən qalmayaq!
Özümüzü, doğmalarımızı və yaxınlarımızı qoruyaq!

Elm və təhsil 2020-04-06 15:40:00