×
A
A
A
Sazlamalar

Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb

Bakı, 5 aprel, AZƏRTAC
Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının (WEC) təşkilatçıları koronavirus pandemiyası səbəbindən yarışın yeni təqvimini açıqlayıblar.
AZƏRTAC xəbər verir ki, mövsümün sonunadək iştirakçılar 3 yürüşdə güclərini sınayacaqlar.
Açıqlanan təqvimə görə, avqustun 15-də Belçikada "6 saatlıq Spa", sentyabrın 19-20-də Fransada "24 saatlıq Le-Man", noyabrın 21-də "8 saatlıq Bəhreyn" yürüşləri təşkil olunacaq.

İdman 2020-04-05 02:04:00