×
A
A
A
Sazlamalar

AzTU-nun professorunun Moskvada monoqrafiyaları çap olunub

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Metrologiya və standartlaşdırma kafedrasının müdiri, professor Elçin İsgəndərzadənin kitabları Rusiyanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Akademiyası tərəfindən nəşr olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, nəşrlərdə 2016-cı ildə AzTU ilə Rusiyanın Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış əməkdaşlıq haqqında müqavilə əsasında koordinat metrologiyası üzrə səmərəli nəzəri və təcrübi tədqiqatların nəticələri yer alıb.
Monoqrafiyaların həmmüəllifi dünya koordinat metrologiyası nəzəriyyəsinin yaradıcılarından biri, texnika elmləri doktoru, professor Valeri Lısenkodur.
Kitablar Azərbaycan Texniki Universitetinin 70, Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun 120 illik yubileylərinə həsr edilib.

Elm və təhsil 2020-04-04 15:48:00