“Aston Martin” Formula 1-ə qayıdacaq
Bakı, 3 aprel, AZƏRTAC
“Aston Martin” Formula 1-ə qayıdacağını bildirib.
AZƏRTAC xəbər verir ki, “Reysinq Point”in rəhbəri Lourens Stroll ilin əvvəlində “Aston Martin”in səhmlərinə sahib olduqdan sonra öz komandasının adından imtina etməyi planlaşdırır. Bu anlaşmadan sonra “Aston Martin” Formula 1-də zavod komandası kimi çıxış edəcək.
L.Stroll deyib: “Son bir neçə ayda bütün diqqətimi səhmlərə aid işlərə yönəltdiyimdən yuxusuz qalmışdım. Bu, mənim karyeramın ən əhəmiyyətli sövdələşməsi oldu. “Aston Martin”in yeri qəlbimdə tam başqadır. Onu da yaxşı bilirəm ki, bu brendin adını daşıyacağımıza görə böyük psixoloji təzyiq altında çıxış edəcəyik. Biz ilk günlərdən rəqabətədavamlı olacağıq”.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir