×
A
A
A
Sazlamalar

Bu il ölkəyə elektriklə işləyən 1282 nəqliyyat vasitəsi gətirilib

Bakı, 3 aprel, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında ölkəyə 1282 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 1273-ü daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən, 9-u isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

 

Nəqliyyat 2020-04-03 11:01:00