×
A
A
A
Sazlamalar

“Bavariya” müdafiəçisi Jerom Boatenqi cərimələyib

Bakı, 3 aprel, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubu karantin qaydalarını pozan müdafiəçi Jerom Boatenqi cərimələyib.
AZƏRTAC xəbər verir ki, cərimənin məbləği açıqlanmayıb. Ancaq həmin pulun koronavirusla mübarizə üçün şəhər xəstəxanalarına veriləcəyi vurğulanıb.
Qeyd edək ki, Boatenq karantin qaydalarını pozaraq avtomobili ilə Münxendən Leypsiqə gedib. O, şəhərə qayıdan zaman avtomobil qəzasına düşüb.

İdman 2020-04-03 01:59:00