×
A
A
A
Sazlamalar

“British Airways” Qatvik hava limanından uçuşları dayandırır

London, 31 mart, AZƏRTAC

“British Airways” Londonun Qatvik hava limanından bütün uçuşları dayandırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, şirkətin açıqlamasında koronavirus səbəbindən aviareyslərə tələbatın azalmasından sonra uçuşların dayandırılmasına qərar verildiyi bildirilib.
Britaniya hökuməti ölkə xaricindəki vətəndaşlarını gətirmək üçün “British Airlines”, “EasyJet” və “Virgin Atlantic” şirkətləri ilə işləyir.
Hökumət, həmçinin Britaniya vətəndaşlarının ölkəyə gətirilməsi üçün çarter reyslərin təşkili üçün 75 milyon funt sterlinq vəsait ayırıb.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-03-31 17:18:00