×
A
A
A
Sazlamalar

Dövlət qulluğuna qəbul olmağa hazırlaşan namizədlərin nəzərinə

Bakı, 30 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanları (2 variant) 2020-ci ilin iyul ayınadək ödənişsiz olacaq. İmtahana DİM-in saytından yazılmaq mümkündür.
DİM-dən AZƏRTAC-a bildirilib ki, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. Onlayn imtahan başa çatan kimi nəticələri əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.
Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları otk.az-ın “Təlimatlar” bölməsində verilib.

Elm və təhsil 2020-03-30 14:06:00