×
A
A
A
Sazlamalar

“Cavidşünaslıq” araşdırmalar toplusu elektron formada təqdim olunacaq

Bakı, 30 mart, AZƏRTAC

AMEA Hüseyn Cavidin ev-muzeyinin hazırladığı “Cavidşünaslıq” toplusu ilə yaxın gələcəkdə hüseyncavid.az saytında tanış ola biləcəklər.
Bu barədə AZƏRTAC-a məlumat Hüseyn Cavidin ev-muzeyindən verilib.
Topluda ayrı-ayrı qaynaqlarda Hüseyn Cavid yaradıcılığı və şəxsiyyəti haqqında 1912-2012-ci illərdə yazılmış məqalələr, xatirələr, internet materialları, multidissiplinar tədqiqat və informasiyalar xronoloji qaydada verilib.
Çoxcildliyin tərtibçi-müəllifi Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçisi akademik İsa Həbibbəyli, layihənin rəhbəri isə akademik Teymur Kərimlidir.

Elm və təhsil 2020-03-30 13:23:00