×
A
A
A
Sazlamalar

Futzal üzrə "Avro-2022"nin püşkatma mərasimi təxirə salınıb

Bakı, 30 mart, AZƏRTAC
UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin tarixini dəyişib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.

 

İdman 2020-03-30 00:05:00