×
A
A
A
Sazlamalar

Əqli Mülkiyyət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə maliyyə dəstəyi kampaniyasına qoşulub

Bakı, 26 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq və ona qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına qoşulub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Əqli Mülkiyyət Agentliyinin əldə etdiyi gəlirdən 100 min manat məbləğində vəsait köçürülüb.
Bundan əlavə, müvafiq istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Agentliyin İdarə Heyətinin sədri aylıq vəzifə maaşını, Agentliyin rəhbər şəxsləri isə əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Elm və təhsil 2020-03-26 15:38:00