Birləşmiş Ərəb Əmirliklərində turizm obyektlərinin fəaliyyəti dayandırılıb
Qahirə, 20 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti COVID-19 yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün turizm şirkətlərinə təlimat göndərib.
AZƏRTAC xəbər verir ki, təlimatda bütün kruizlər, səhra düşərgələri, safari və üzən restoranların qadağan edildiyi bildirilir.
Departamentin məlumatında qeyd olunur ki, təlimat dərhal qüvvəyə minir və növbəti göstəriş verilənə qədər ona əməl olunmalıdır. Həmçinin bildirilir ki, BƏƏ-nin bütün sakinlərinin, turistlərin və sektorun əməkdaşlarının sağlamlığını və təhlükəsizlini təmin etmək məqsədilə sənədin icrasına nəzarəti xüsusi müfəttiş qrupu həyata keçirəcək.
"Bütün turizm operatorları bu qadağaya ciddi şəkildə əməl etməlidir. Təlimatın şərtlərinin pozulması qeydə alındıqda isə şirkətlərə cərimələr tətbiq ediləcək", - deyə məlumatda vurğulanır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib