Nazirlər Kabinetinin növbəti iclası keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların icrasına həsr olunmuş ilk iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda təcili və təxirəsalınmaz tədbirlərin görülməsi, makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlılığın təmin olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin və iqtisadi artımın dəstəklənməsi, ölkə iqtisadiyyatının xarici təsirlərə davamlılığının gücləndirilməsi, görüləcək tədbirlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən olunması haqda məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
İşçi qruplara tapşırılıb ki, vahid tədbirlər planının hazırlanması üçün təkliflərini təqdim etsinlər.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar