Yeni Azərbaycan Partiyası koronavirusa qarşı mübarizəyə qoşulur
Bakı, 18 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası özünün çoxsaylı üzvlərinin təkliflərini nəzərə alaraq koronavirus xəstəliyinə qarşı mübarizədə ehtiyacı olan vətəndaşlara Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinin yerinə yetirilməsi işində mümkün köməkliyin göstərilməsi, zəruri məlumatların çatdırılması, maarifləndirmə işlərinin aparılması məqsədilə təşkilatın bütün strukturlarını səfərbər edib.
Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.
Bildirilir ki, dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə Azərbaycan hökumətinin fəaliyyətində ön plana çıxıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir. Epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin görülməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyələr verilir. Təcrübə göstərir ki, bütün cəmiyyət və ayrılıqda hər bir vətəndaş virusa yoluxmaların qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır.
Həmçinin qeyd olunur ki, Yeni Azərbaycan Partiyasının gəncləri sosial şəbəkələr üzərindən operativ qərargahın tövsiyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədilə aksiyalar təşkil etməyi qərara alıb.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar