Bir sıra turizm müəssisələrinə girişə məhdudiyyət qoyulub
Bakı, 14 mart, AZƏRTAC
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının martın 14-də saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, aşağıda adları qeyd olunan mədəni turizm müəssisələri ölkə ərazisində tətbiq olunan profilaktik sosial izolyasiya tədbirləri müddətində və Operativ Qərargahın xüsusi qaydalarla əlaqədar qəbul edəcəyi növbəti qəraradək ziyarətçilər üçün qapalı olacaq.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev-muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;
“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib