×
A
A
A
Sazlamalar

“Microsoft” korporasiyası “Build” konfransını onlayn formatda təşkil edəcək

Bakı, 13 mart, AZƏRTAC

“Microsoft” korporasiyası koronavirus pandemiyası səbəbindən mayın 19-21-də Sietldə keçirilməsi planlaşdırılan “Build” konfransının ləğv edilməsini rəsmən elan edib. AZƏRTAC “digger.ru” saytına istinadla xəbər verir ki, şirkətin nümayəndələri tədbirin onlayn formatda keçiriləcəyini bildiriblər.
2019-cu ildə “Microsoft” şirkəti “Windows 10” və “Minecraft AR” üçün “Linux” nüvəsini nümayiş etdirib. Bu il şirkətin “Windows 10x” əməliyyat sistemi və ikiekranlı qurğular haqqında məlumat verəcəyi gözlənilir.
Daha əvvəl “Facebook” və “Google” kimi digər nəhəng texnologiya şirkətləri koronavirusa görə öz tədbirlərini ləğv etməli olublar.

Texnologiya 2020-03-13 18:28:00