Fabris Bodən: Xocalıda dinc əhaliyə qarşı törədilən qeyri-insani hərəkətlər dəhşətli faciədir VİDEO
Paris, 29 fevral, AZƏRTAC
Xocalıda dinc əhaliyə qarşı qeyri-insani hərəkətlər, orada baş verənlər dəhşətli faciədir. Bu tədbirdə eşitdiklərimiz, sənədli filmdə gördüklərimizdən dəhşətə gəldik. XX əsrdə belə faciənin baş verməsi qəbuledilməzdir. Bütün münaqişələrdə mülki əhali əzab çəkir, işgəncələrə məruz qalırlar. Bunun qarşısı alınmalıdır.
Bu sözləri “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda Fransada keçirilən tədbirdə iştirak etmiş Fabris Bodən AZƏRTAC-a müsahibəsində deyib.
“Mülki, məsum əhalinin məruz qaldığı işgəncələrin, əzab-əziyyətlərin unudulmasına təəssüflənirəm. Belə ağlasığmaz faciələr daima xatırlanmalıdır ki, unudulmasın və bir daha təkrarlanmasın”,- deyə o, əlavə edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO