×
A
A
A
Sazlamalar

Qətərin Aişə bint Əbu Bəkr məscidində cümə xütbəsi zamanı Xocalı soyqırımından danışılıb

Bakı, 27 fevral, AZƏRTAC

Mənzil-qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyinin Baş Katibi və İslam aləminin nüfuzlu din xadimlərindən olan Əli Muhyiddin Əl-Qaradaği cümə xütbəsində Xocalı soyqırımına geniş yer ayırıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib.
O bildirib ki, tarixən bir çox müsəlman xalqları zülm, haqsızlıq və qətliamlarla üzləşsə də, təəssüflər olsun ki, bəzən müsəlmanların özləri tərəfdən etinasız və laqeyd yanaşma bu faktların geniş kütlələrə çatdırılması və layiqli hüquqi qiymət almasına mane olub. Xətib müsəlmanlar əleyhinə hücumların əvvəllər də baş verdiyini, indi də davam etdiyini deyib, 1915-ci ildə erməni silahlı qruplaşmaları tərəfindən Azərbaycan və Osmanlı ərazilərində müsəlman azərbaycanlılara və türklərə qarşı törədilmiş qırğınlara toxunub, bu hücumlarda minlərlə insanın həyatını itirdiyini qeyd edib. Qətlə yetirilən insanların saysız-hesabsız olduğunu bildirən baş katib buna rəğmən bu gün həmin təcavüzkarların deyil, “erməni soyqırımı” adı altında müsəlmanların günahkar hesab edildiyini diqqətə çatdırıb.
Daha sonra o, ermənilərin müasir dövrdə-1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində vəhşi qətliam törətdiklərini bildirib. Müsəlmanların da xəbərsiz olduğu bu soyqırımına görə ermənilərin heç kim tərəfindən ittiham edilməməsindən təəssüfləndiyini bildirən Əl-Qaradaği bütün müsəlmanların həmrəyliyinin zəruriliyini diqqətə çatdırıb.

Xocalı faciəsi 2020-02-27 14:10:00