×
A
A
A
Sazlamalar

İranda sosial şəbəkələrdə Xocalı haqqında yazı yerləşdirilib

Tehran, 26 fevral, AZƏRTAC

İranın “kolaaghen.ir” portalının “Instagram” səhifəsində və “Teleqram” kanalında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yazı paylaşılıb.
AZƏRTAC xəbər verir ki, paylaşılan fotomaterialın altında Xocalı soyqırımı haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edib. İşğal zamanı erməni silahlıları Xocalı şəhərində soyqırımı törədiblər. Ermənilər qadınlara, uşaqlara və qocalara rəhm etmədən onları vəhşiliklə qətlə yetirib və cəsədlərini təhqir ediblər.
Ermənilərin bu hərəkəti beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi qəbul olunur.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xocalı faciəsi 2020-02-26 18:56:00