BANM-də tədbir: Xocalı qırğını insanlığa qarşı cinayətdir
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və administrativ kollektivi “Ana fəryadı” abidəsini ziyarət ediblər.
Daha sonra Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Qeyd edilib ki, Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan tərəfindən bir çox qətiyyətli addımlar atılıb, soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində genişmiqyaslı işlər görülüb.
Tədbirdə Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Daha sonra “Müharibə uşaqları” filmi nümayiş olunub.
Xatırladaq ki, Xocalı faciəsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. 1275 sakin girov götürülüb, 155 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır