×
A
A
A
Sazlamalar

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

Bakı, 25 fevral, AZƏRTAC

Bu il yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:49-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

Elm və təhsil 2020-02-25 11:02:00