ADA Universiteti Daşkənddə təqdimat edib
Daşkənd, 24 fevral, АZƏRTAC
Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin akademik liseyində ADA Universitetinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynovanı tələbələrə təqdim edib, ölkələrimiz arasında elm, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini bildirib.
Aytəkin Hüseynova ADA Universiteti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, ADA Universiteti 2006-cı il dekabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin yanında yaradılıb. Hazırda burada dünyanın 45 ölkəsindən 2300 tələbə təhsil alır. Tələbələr universitetdə bakalavr dərəcəsində 12 ixtisasa yiyələnirlər. ADA Universitetində Mərkəzi Asiya ölkələrindən də tələbələr oxuyur, amma biz bu dövlətlərdən universitetə daha çox tələbə gəlməsini istərdik.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır