×
A
A
A
Sazlamalar

Azərbaycan İdman Jurnalistləri Federasiyası Milli Karate Federasiyası ilə əməkdaşlığa başlayıb

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan Milli Karate Federasiyası (AMKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev və AMKF-in prezidenti Yaşar Bəşirov imzalayıblar.
Y.Bəşirov yeni yaranan federasiyanın ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən qurumlar arasında birgə tədbirlər təşkil ediləcək.
AİJF-in əsas hədəflərindən biri ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliği olduğunu deyən Q.Mehdiyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.

İdman 2020-02-24 18:23:00