×
A
A
A
Sazlamalar

Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Xocalı həqiqətlərindən danışıb, həmin faciəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və digər əməkdaşlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gedişində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və nəticələrindən danışıblar.

Elm və təhsil 2020-02-24 18:02:00