×
A
A
A
Sazlamalar

Taha Ayhan: Ədalət bərpa olana qədər “Xocalıya ədalət!” kampaniyasını davam etdirəcəyik VİDEO

Paris, 24 fevral, AZƏRTAC

2008-ci ildə başlanan “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyirik və bu kampaniyanı bir çox ölkələrdə təşviq edirik. Xocalı soyqırımında əli olan erməni lobbisinin daha çox olduğu ölkələrdə, şəhərlərdə Xocalı üçün ədalət çağırışını ucadan səsləndirmək istəyirik. Xocalıya ədaləti bərqərar etmək üçün fransızları, eləcə də bütün beynəlxalq ictimaiyyəti Xocalıda törədilən vəhşiliklə bağlı məlumatlandırmalıyıq.
Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, Gənclər Forumu beynəlxalq ictimaiyyətə ermənilərin Xocalıda törətdiyi soyqırımı ilə bağlı mesajı şahidlərin dili ilə çatdırmağı qərara alıb. “Xocalıya ədalət!” kampaniyası soyqırımı dəhşətlərini yaşamış insanların şahidliyi ilə davam edəcək. “Kampaniyanı Xocalı soyqırımı ilə bağlı ədalət öz yerini tutana qədər, qadınları, qocaları və uşaqları vəhşicəsinə qətlə yetirən qatillər cəzalanana qədər davam etdirəcəyik. Bir türk və Türkiyə vətəndaşı kimi Xocalı qətliamı ilə bağlı ədalətin öz yerini tutması üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə T.Ayhan vurğulayıb.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xocalı faciəsi 2020-02-24 17:56:00

Video