×
A
A
A
Sazlamalar

Sinan Oğan: Xocalı soyqırımını törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verəcəklər VİDEO

Ankara, 24 fevral, AZƏRTAC

Erməni vandalları tərəfindən Xocalıda törədilənlər bəşəri cinayət, soyqırımı aktıdır. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı insanlıq əleyhinə cinayət olaraq, düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan söyləyib.
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasını yüksək dəyərləndirən sabiq deputat Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqını deyil, bəşəriyyəti, insanlığı hədəf alan ağır cinayət olduğunu diqqətə çatdırıb. Deyib ki, Xocalı soyqırımını törədənlər cəzasız qala bilməzlər. Türkiyə və Azərbaycan olaraq bütün vasitələrdən istifadə edərək, Xocalı soyqırımının səbəb, məqsəd və nəticələrinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına nail olmalıyıq. Xocalı soyqırımını törədənlər nəyin bahasına və nə vaxt olursa-olsun mütləq ədalət məhkəməsi qarşısına çıxarılacaqlar.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2020-02-24 14:46:00

Video