Bakıda səkkiz müsahibə komissiyası fəaliyyət göstərir
Bakı, 24 fevral, AZƏRTAC
Paytaxtdakı ümumi təhsil məktəblərinin təhsilin digər dildə aparıldığı bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 8 müsahibə komissiyası fəaliyyət göstərir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsahibə komissiyalarının tərkibi 3 müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfindən həyata keçirilir. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır. Həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi 5 meyar (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) üzrə aparılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi komissiya üzvlərinin yazılı rəyi ilə təsdiqlənir. Yekun rəydən narazı qalan valideynlər Apellyasiya Komissiyasına müraciət edə bilərlər.
Qeyd edək ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsilin digər dildə aparıldığı məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I siniflərə qəbulu şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır