×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Bakı, 24 fevral, AZƏRTAC 

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun nümayəndələri Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli kiber təhlükəsizlik üzrə təcrübə mübadiləsinə qatılıblar. Bundan əlavə, hərbiçilərimiz Almaniyanın Oberammerqau şəhərində “Döyüş hazırlığının qiymətləndirilməsi” kursunda və Ankarada (Türkiyə) “Silahlı münaqişə hüququ” kursunda iştirak edirlər.

Ordu 2020-02-24 13:41:00