×
A
A
A
Sazlamalar

“Böyük dəbilqə” turnirinin üçüncü günündə daha beş cüdoçumuz mübarizəyə qoşulur

Bakı, 23 fevral, AZƏRTAC
Almaniyada cüdo üzrə “Böyük dəbilqə” turnirində son günün yarışları keçirilir.
AZƏRTAC xəbər verir ki, Düsseidorfda keçirilən yarışların üçüncü günündə Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.
Qadınların yarışında isə İrina Kindzerska (+78 kq) gücünü sınayacaq.
Yarışda 120 ölkədən 700-dən çox cüdoçu mübarizə aparır. Fevralın 21-də start götürmüş turnir bu gün başa çatacaq.
Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Cüdoçumuz Rüstəm Orucov (73 kq) “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb.

İdman 2020-02-23 08:37:00