×
A
A
A
Sazlamalar

Uşu üzrə məşqçilər və hakimlər arasında respublika seminarı keçirilib

Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 22-də uşu üzrə məşqçilər və hakimlər arasında respublika seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy məşqçilərə və hakimlərə qarşıdakı yarışlarla bağlı qaydalarda dəyişiklik olduğunu bildirib və yarışlara bu qaydalar üzrə hazırlaşmalarını tövsiyə edib.
Sonda hakimlərə və məşqçilərə federasiya rəhbəri tərəfindən seltifikatlar təqdim olunub.
Qeyd edək ki, martın 14-15-də Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdman 2020-02-23 03:25:00