×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: "Beşiktaş" doğma meydanda "Trabzonspor"la heç-heçə edib

Bakı, 23 fevral, AZƏRTAC
Türkiyə Superliqasının XXIII turu çərçivəsində keçirilən qarşılaşmada "Beşiktaş" doğma meydanda "Trabzonspor"u qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Vodafon Park" arenada baş tutan görüşə qonaqlar fəal başlayıblar. Matçın 5-ci dəqiqəsində Trabzon təmsilçisinin hücumçusu Aleksander Sorlot hesabı açıb. Birinci hissə elə bu hesabla bitib - 0:1. İstanbul təmsilçiləri 57-ci dəqiqədə Kevin Prins Boatenqin vurduğu qolla hesaba tarazlıq gətiriblər. Cəmi 7 dəqiqə sonra "Beşiktaş"ın müdafiəçisi Domaqoy Vida komandasını hesabda irəli keçirib. Lakin "Trabzonspor"un hücumçusu A.Sorlot özünün və komandasının ikinci qolunu vuraraq klubunu məğlubiyyətdən xilas edib.
Günün digər oyunlarında "Kayserispor" doğma meydanda "Konyaspor"la 2:2, "Göztəpə" isə "Qaziantep"lə 1:1 heç-heçə ediblər.
Turun digər oyunları fevralın 23-24-də keçiriləcək.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 45 xalla "Trabzonspor" klubu liderlik edir. "Sivasspor" eyni xalla ikinci pillədədir. İlk üçlüyü 43 xalla "Başakşəhər" qapayır.

İdman 2020-02-23 02:05:00