×
A
A
A
Sazlamalar

Dövlət qulluğu üzrə keçirilən müsahibədə indiyədək 200-dən çox namizəd uğur qazanıb

Bakı, 20 fevral, AZƏRTAC

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in fevralın 20-si saat 15:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 207 nəfər uğur qazanıb. Onlardan 121-i Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3709 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.

Elm və təhsil 2020-02-20 15:41:00