AzMİU-nun məzunları Britaniya Memarlarının Kral İnstitutunun akkreditasiyasını alacaqlar
Bakı, 20 fevral, AZƏRTAC
2019-2020-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsini bitirən məzunların diplomlarına akkreditasiya sənədi də əlavə olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova fevralın 20-də universitetdə təşkil olunan karyera sərgisində deyib. O bildirib ki, Memarlıq fakültəsinin məzunları Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını da alacaqlar.
“Bu ildən etibarən universitetimizin Memarlıq fakültəsinin məzunlarının diplomları artıq beynəlxalq səviyyədə diplom hesab olunacaq. Eyni zamanda, İnşaat fakültəsində təhsil alan tələbələrimiz İstanbul Texniki Universiteti ilə əməkdaşlığımızın nəticəsi olaraq ikili diplom proqramına uyğun olaraq diplom alacaqlar”, - deyə professor Gülçöhrə Məmmədova qeyd edib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır