×
A
A
A
Sazlamalar

Almaniyalı pilot Sofiya Fleyrş beynəlxalq mükafata layiq görülüb

Bakı, 19 fevral, AZƏRTAC

Almaniyalı qadın pilot Sofiya Fleyrş “Laureus” Dünya İdman Akademiyası tərəfindən 2019-cu ilin ən yaxşı idmançısı mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, pilot “İlin qayıdışı” nominasiyasında fərqlənib.
S.Fleyrş 2018-ci ildə Makao Qran-Prisi zamanı ciddi qəza keçirib. Uzun müddətli bərpa prosesindən sonra pilot yenidən yarışlara qatılıb və mükafatçılar sırasında yer alıb.
Qalibin mükafatlandırılması mərasimi Berlində keçirilib.

İdman 2020-02-19 16:42:00