Elxan Məmmədov: Bakı “Avro-2020”nin oyunlarına dövlətin dəstəyi ilə ev sahibliyi edəcək
Bakı, 19 fevral, AZƏRTAC
Bakı futbol üzrə “Avro-2020”nin ev oyunlarına dövlətin dəstəyi ilə ev sahibliyi edəcək. Ev sahibliyi ilə biz təkcə Azərbaycanı yox, bütün bölgəni təmsil edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda fevralın 19-da keçirilən tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
Avropa çempionatını təşkilatçılıq baxımından ciddi məsuliyyət, sahibkarlar üçün isə fürsət olduğunu vurğulayan E.Məmmədov bildirib: “Ötən il UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən ölkəmizə 38 min nəfər gəlmişdi. İndi isə azı üç dəfə çox qonağın gələcəyinə əminəm. Sahibkarları bu fürsətdən yararlanmağa çağırıram”.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir