×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: Zərdab şəhərində vətəndaşlar qəbul ediləcək

Bakı, 19 fevral, AZƏRTAC

Təhsil nazirinin müavini Firudin Qurbanov fevralın 28-də saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar və Zərdab rayon sakinlərini qəbul edəcək.
Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar fevralın 19-dan 26-dək (saat 18:00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Elm və təhsil 2020-02-19 12:27:00