×
A
A
A
Sazlamalar

Dövlət İmtahan Mərkəzi: “3 və 4-cü siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri satışdadır

Bakı, 19 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri nəşr olunur.
DİM-dən AZƏRTAC-a bildirilib ki, “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanıb.
Azərbaycan dili və riyaziyyat fənlərindən “3 və 4-cü siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri artıq satışdadır. Bu fənlər üzrə “1 və 2-ci siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri isə yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək.
Vəsaitlərə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazırlanıb və şagirdlərin idrakyönümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.
Vəsaitləri DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Elm və təhsil 2020-02-19 11:51:00