UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mərhələnin ikinci oyun günündə birinci həftənin oyunlarına yekun vurulacaq.
İtaliyanın “Atalanta” komandası İspaniyanın “Valensiya” komandasını qəbul edəcək. Meydan sahiblərinin heyətində itki yoxdur. “Yarasalar”da isə müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Vellexo zədəlidir. Qapıçı Yasper Sillessen, yarımmüdafiəçi Denis Çerışev və hücumçu Kevin Qameyronun matçda iştirakı sual altındadır.
Günün digər qarşılaşmasında “Tottenhem” İngiltərədə Almaniyanın “Leyptsiq” klubunu qəbul edəcək. London klubunda yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keynin zədə səbəbindən oyunu buraxacağı dəqiqdir. Qonaqlarda isə itkilər daha çoxdur. Müdafiəçilər Villi Orban ilə İbrahim Konate, yarımmüdafiəçilər Teyler Adams ilə Kevin Kampl zədəli olduqları üçün qarşılaşmada iştirak etməyəcəklər.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir