×
A
A
A
Sazlamalar

Kapoeyra üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 18 fevral, AZƏRTAC 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində kapoeyra üzrə paytaxt birinciliyi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda ümumilikdə 115 idmançı iştirak edib.
Yarışda oğlanlar arasında 6, qızların mübarizəsində isə 3 yaş qrupunda qaliblər müəyyənləşib.
İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və xatirə hədiyyələri təqdim edilib.

 

İdman 2020-02-18 16:37:00