×
A
A
A
Sazlamalar

Gürcüstan voleybol komandaları Azərbaycan çempionatlarında mübarizəyə başlayırlar

Bakı, 17 fevral, AZƏRTAC

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq. Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub.
Fevralın 17-də paytaxtımıza gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena – Azərbaycan Voleybol Mərkəzi və “Sərhədçi” Olimpiya İdman Mərkəzi ev sahibliyi edəcək.

 

İdman 2020-02-17 17:27:00