×
A
A
A
Sazlamalar

“The Sun”: “Real Madrid” Rahim Sterlinq üçün 220 milyon avro ödəməyə hazırdır

Bakı, 17 fevral, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Mançester Siti” klubunun aparıcı futbolçusu Rahim Sterlinqi transfer etmək istəyir.
AZƏRTAC “The Sun” nəşrinə istinadla xəbər verir ki, “Kral” klubu futbolçu üçün 220 milyon avrosundan keçməyə hazırdır.
İngiltərə mətbuatı R.Sterlinqin “Mançester Siti” ilə yeni müqavilə üzərində danışıqlar apardığını bildirib. Oyunçunun klub ilə hazırkı müqaviləsi 2023-cü ilədəkdir.
Qeyd edək ki, UEFA İngiltərənin “Mançester Siti” klubunu 2012-2016-cı illərdə maliyyə feyr-pley prinsiplərini pozduğu üçün iki il müddətinə avrokuboklardan uzaqlaşdırıb.

İdman 2020-02-17 14:34:00