×
A
A
A
Sazlamalar

Futbol üzrə 17 yaşadək qızlardan ibarət millimiz Bakıda təlim-məşq toplanışında iştirak edir

Bakı, 17 fevral, AZƏRTAC

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Bakıda təlim-məşq toplanışında iştirak edir.
AZƏRTAC xəbər verir ki, millimiz fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.
Hazırlıq prosesində Aytac Feyzullayeva (“Marxal”), Mədinə Gözəlova, Milana
Rəhimova (hər ikisi 8-İOEUGİM), Samirə Aşırova (“Balxurma”), Fidan Cəfərova (“Marxal”), Rübabə Atakişizadə (8-İOEUGİM), Nahidə Məmmədova (“Marxal”), Yasmin Abdullayeva, Züleyxa Zamanlı (hər ikisi “Keşlə”), Fatimə Əhmədli (8-İOEUGİM), Aytac Mirzəyeva (“Amasiya”), Çinarə Mürsəlova (UGİM Naftalan), Fatimeyi Zəhra Hüseynli (“Balxurma”), İntizar Haqverdiyeva (“Amasiya”), Müjgan Seyidova (“Balxurma”), Aydan Həsənova (“Neftçi”), Aria Katerina Mure (“Amasiya”), Şəkər Piriyeva (“Gömrükçü”), Büşra Yabancı (“Gazientep Karataş”, Türkiyə) və Edanur Mutlu (“Gazikənt”, Türkiyə) iştirak edirlər.

 

İdman 2020-02-17 12:39:00