Türkiyənin Bursa şəhərində Xocalı qurbanlarının xatirəsi yad olunub
İstanbul, 16 fevral, AZƏRTAC
Türkiyənin Bursa şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Dünya Axısxa Türkləri Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıda törətdiyi qanlı vəhşiliklərdən danışıblar. Bildirilib ki, tarixin bu qanlı gecəsi Xocalıda qoca, uşaq, qadın olmaqla 613 dinc sakin ağlasığmaz vəhşiliklə qətlə yetirib.
Bu faciədə öldürülən dinc sakinlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan əlavə, 487 nəfər yaralanıb, onlardan 76-sı uşaqlardır. O müdhiş gecədə 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
Tədbir çərçivəsində iştirakçılar Xocalı soyqırımına həsr edilmiş fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Tədbirdə Baş konsulluğun əməkdaşları, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO